...

Azərbaycanın müdafiə naziri Böyük Britaniya səfirini qəbul edib

Siyasət Materials 21 Sentyabr 2006 18:37 (UTC +04:00)

Sentybarın 21-də Azərbaycanın müdafiə naziri, general-polkovnik Səfər Əbiyev Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının fövqəladə və səlahiyyətli səfiri, doktor Lauri Bristounu qəbul edib. Bu barədə Trend ə Azərbaycan Respublikası Müdafiə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Görüş zamanı doktor L.Bristou nazirin diqqətinə çatdırıb ki, sabiq hərbi attaşe, polkovnik-leytenant Kristofer Con Nann öz missiyasını başa vurub və o, yeni hərbi attaşe polkovnik-leytenat Nikolas Ridautu nazirə təqdim edib.

Nazir S.Əbiyev qeyd edib ki, Azərbaycan-Böyük Britaniya əlaqələri inkişaf etməkdədir. O, iki ölkə arsında hərbi əməkdaşlığın inkişaf etdirilməsində yeni attaşeyə uğurlar arzulayıb.

Xəbər lenti

Xəbər lenti