...

Müsavat Partiyası oktyabrın 28-də yürüş-mitinq keçirmək barədə qərar qəbul edib

Siyasət Materials 25 Sentyabr 2006 16:23 (UTC +04:00)

Müxalifətdəki Müsavat Partiyası oktyabrın 28-də yürüş-mitinq keçirmək barədə qərar qəbul edib. Trend xəbər verir ki, bu barədə qərar Müsavat Divanının sentyabrın 25-də keçirilən toplantısında qəbul olunub.

Divanın iclasında partiyadaxili məsələlər də müzakirə edilib. Toplantıda Cahangir Əmirxanlı, Ialeh Hümbətoğlu, Füzuli Iəziroğlu, Tofiq Yaqublu, Nizaməddin Quliyev və Sevinc Hüseynli regional koordinator vəzifəsinə təsdiqləniblər.

İclasda Müsavat Məclisinin sentyabrın 30-da keçiriləcək toplantısına hazırlıq məsələlərinə də baxılııb.

Qeyd edək ki, Müsavat Partiyası 1992-ci ildə yaradılıb. Partiyanın başqanı eks-spiker, 2003-cü ildə prezident seçkilərinə namizəd İsa Qəmbərdir.

Xəbər lenti

Xəbər lenti