...

Gəncədə nəqliyyat qəzaları ilə bağlı tibbi çağırışların sayı artıb

Siyasət Materials 27 Sentyabr 2006 12:38 (UTC +04:00)

Bu ilin 9 ayı ərzində Gəncədə 286 təcili tibbi yardım çağırışı olub. Bu barədə məlumatı Trend ə şəhər Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının baş həkimi Namiq Nəbiyev verib.

Onun sözlərinə görə, son üç ayda 62 çağırış olub ki, onlardan da 24-ü kəllə-beyin travması, 13-ü yuxarı ətrafların travması, 9 nəfər döş qəfəsi və qarın boşluğu travması, 1 nəfər elektrikdən zədələnmə, 2 nəfər isə kimyəvi zəhərlənmə diaqnozu ilə çağırış edib.

N. Nəbiyev onu da qeyd etdi ki, son vaxtlar şəhərə gətrilən avtomobillərin sayının çoxaldığından yol-nəqliyyat qəzaları ilə bağlı çağırışların sayı artıb.

Xəbər lenti

Xəbər lenti