...

Azərbaycan prezidenti Rusiyanın iqtisadi inkişaf və ticarət nazirini qəbul edib

Siyasət Materials 6 Oktyabr 2006 15:54 (UTC +04:00)

Oktyabrın 6-da Azərbaycan prezidenti İlham Əliyev Rusiyanın iqtisadi inkişaf və ticarət naziri German Qrefi qəbul edib. Trend in xəbər verdiyi kimi, İ.Əliyev qeyd edib ki, Azərbaycan və Rusiya arasında ən müxtəlif sahələrdə, o cümlədən qarşılıqlı siyasi münasibətlər sahəsində əməkdaşlıq inkişaf edir. İqtisadi əlaqələrin dinamik inkişafını qeyd edən prezident bildirib ki, mal dövriyyəsinin iki dəfə artması çox yaxşı göstəricidir.

Dövlət başçısı bildirib ki, Azərbaycanda əlverişli iqtisadi mühit mövcuddur və bu sahədə əlaqələrin dərinləşməsinə ehtiyac var. O, G.Qrifin Bakıya səfərinin hər iki ölkə arasında iqtisadi əməkdaşlığın inkişafına xidmət edəcəyindən əminlik ifadə edib.

Rusiya prezidenti Vladimir Putinin salamlarını dövlət başçısına çatdıran G.Qrif bildirib ki, ölkələr arasında siyasi əlaqələr yüksək səviyyədədir. O, Rusiya və Azərbaycan dövlət başçılarının dostluq münasibətlərini bütün sahələrdə əməkdaşlığın inkişafının əsasını təşkil etdiyini qeyd edib.

Xəbər lenti

Xəbər lenti