...

Azərbaycan Silahlı Qüvvələrinin nümaynədələri hərbi kurslarda iştirak edir

Siyasət Materials 9 Oktyabr 2006 17:17 (UTC +04:00)

Oktyabrın 9-dan başlayaraq Azərbaycan Silahlı Qüvvələrinin nümaynədələri hərbi kurslarda iştirak edir. Bu barədə Trend ə Azərbaycanın Müdafiə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

NATO ilə Azərbaycan Respublikası arasında imzalanmış fərdi proqrama uyğun olaraq

Türkiyənin Ankara şəhərində keçirilən "Sülhməramlı əməliyyatlarda qaçqınların idarə edilməsi" kursu, o cümlədən Almaniyanın Oberammerqau şəhərində keçirilən "Maddi-Texniki Təminat" və "NATO Hüquq məsləhətçisi" kursları oktyabrın 13-dək, İzmir şəhərində "Hava əməliyyatları üzrə terminologiya" kursu isə oktyabrın 20-dək davam edəcək.

Həmçinin Azərbaycanla Bolqarıstan arasında imzalanmış ikitərəfli hərbi əməkdaşlıq planına uyğun olaraq Sofiya şəhərində "NATO blokuna yeni daxil olmuş ölkələrin maliyyə sisteminin öyrənilməsi" üzrə işçi görüş öz işinə başlayıb. Tədbirə oktyabrın 13-də yekun vurulacaq.

Xəbər lenti

Xəbər lenti