...

Səyavuş Novruzov: "Siyasi partiyalar 4 varinat üzrə qeydiyyata alına bilər"

Siyasət Materials 10 Oktyabr 2006 16:32 (UTC +04:00)

Siyasi partiyalar 4 varinat üzrə qeydiyyata alına bilər. Trend xəbər verir ki, bu barədə jurnalistlərə hakim Yeni Azərbaycan Partiyası (YAP) icra katibinin müavini, millət vəkili Səyavuş Novruzov "Siyasi partityalar haqqında" qanun layihəsinə əlavə və dəyişikliklərə münasibət bildirərkən qeyd edib.

S.Novruzov qeyd edib ki, adıçəkilən qanun layihəsi YAP tərəfindən 2001-ci ildə təqdim olunub: "O vaxt ATƏT-in Demokratik Təsisatlar və İnsan Hüquqları Bürosu ilə birgə bir neçə müzakirələr aparmışıq. Birincisi ondan ibarətdir ki, Azərbaycanın Konstitusiyası və Seçki Məcəlləsi qəbul olunduqdan sonra "Siyasi partityalar haqqında" qanunda bir çox müddəalar öz qüvvəsini itirib. Bunlar yeni qəbul olunan sənədlərə uyğunlaşdırılmalıdır. İkinci mərhələ siyasi partiyaların seçki prosesində iştirakının əhəmiyyəti və onun hüquqi tənzimlənməsi prosesi, eləcə də onların maliyyələşməsidir".

YAP rəsmisi siyasi partiyaların qeydiyyata alınması prosesinin də müzakirə mövzusu olduğunu bildirib: "Biz təklif edirik ki, bu məsələ 4 variantda həyata keçirilə bilər: qeydiyyatdan keçən, seçkidə iştirak edən, üzvlərin sayına və parlamentdə qazandığı yerinə görə. Elə partiya ola bilər ki, bu dörd variantın hamısını özündə əks etdirsin. Eləsi də ola bilər ki, bunların yalnız birinə sahib çıxsın".

S.Novruzov onu da vurğulayıb ki, dini partiyaların qeydiyyatı ləğv olunmalıdır.

Xəbər lenti

Xəbər lenti