...

Azərbaycan prezidenti Belarusa yola düşüb

Siyasət Materials 17 Oktyabr 2006 11:39 (UTC +04:00)

Oktyabrın 17-də səhər Azərbaycan prezidenti İlham Əliyev rəsmi səfərlə Belarusa yola düşüb. Trend in xəbər verdiyi kimi, bu barədə prezidentin mətbuat xidmətindən məlumat verilib.

İkigünlük səfər zamanı İlham Əliyev belaruslu həmkarı Aleksandr Lukaşenko ilə görüşəcək, hökumət nümayəndə heyətlərinin iştirakı ilə geniş tərkibdə danışıqlar aparılacaq, ikitərəfli sənədlərin imzalanması mərasimi və dövlət başçılarının birgə brifinqi keçiriləcək.

İlham Əliyev Minsk traktor zavodu, Minsk avtomobil zavodu, BelAZ və Milli kitabxanaya baş çəkməyi planlaşdırır. Bundan başqa dövlət başçısı Qələbə abidəsi üzərinə əklil qoyacaq.

Xəbər lenti

Xəbər lenti