...

GUAM Parlament Assambleyasının 4-cü iclası 2007-ci ildə Bakıda keçiriləcək

Siyasət Materials 17 Oktyabr 2006 12:35 (UTC +04:00)

GUAM Parlament Assambleyasının (PA) 4-cü iclası 2007-ci ildə Bakıda keçiriləcək. Bu barədə Trend ə Milli Məclisin mətbuat xidmətinin rəhbəri Akif Nəsirov bildirib.

A.Nəsirov onu da qeyd edib ki, bu barədə qərar Assambleyanın oktyabrın 14-16-da Kişinyovda keçirilən 3-cü iclasında qəbul edilib.

Milli Məclisin rəsmisi onu da vurğulayıb ki, fasilə zamanı GUAM Parlament Assambleyasının ayrı-ayrı komitələrinin - Siyasi və hüquqi məsələlər, Ticarət-iqtisadi məsələlər, Elm, mədəniyyət və təhsil məsələləri komitələrinin də iclasları keçirildi. Bu iclaslarda qurumun konkret sahələrdəki fəaliyyəti müzakirə olundu, perspektivlər müəyyənləşdirilib.

A.Nəsirov qeyd edib ki, fasilədən sonrakı davamında da məhz ilkin olaraq həmin komitələrin sədrlərinin məruzələri dinlənilib. Ticarət-iqtisadi komitənin sədri, Milli Məclisin üzvü Elton Məmmədov görülmüş işlər barədə məlumat verib: "Digər komitə sədrlərinin də hesabatları dinlənildikdən sonra GUAM Parlament Assambleyasının 4-cü iclasının harada və nə vaxt keçirilməsi məsələsi müzakirə olunub. Qərara alındı ki, assambleyanın 4-cü iclası 2007-ci ildə Bakıda keçirilsin".

Xəbər lenti

Xəbər lenti