Azərbaycan prezidenti İlham Əliyev "Xəzər dənizi və Azərbaycan ərazisindən keçməklə Qazaxıstan neftinin beynəlxalq bazarlara Bakı-Tbilisi-Ceyhan sistemi vasitəsi ilə nəqlinə yardım və şərait yaradılması haqqında Azərbaycan Respublikası və Qazaxıstan Respublikası arasında Sazişin ratifikasiya olunması haqqında" Azərbaycan Respublikası Qanununu təsdiq edib. Bu barədə Trend rəsmi mətbuatdakı məlumata istinadən xəbər verir.
Müvafiq saziş iyun ayında Astanada imzalanıb və Aktau-Bakı sisteminin yaradılması yolu ilə 25 mln. ton Qazaxıstan neftinin nəqlini nəzərdə tutur.