...

NATO Parlament Assambleyasının qış sessiyası noyabrın sonlarında Kanadada keçiriləcək

Siyasət Materials 27 Oktyabr 2006 15:17 (UTC +04:00)

NATO Parlament Assambleyasının (PA) qış sessiyası noyabrın sonlarında Kanadada keçiriləcək. Bu barədə Trend ə Azərbaycanın NATO PA-dakı nümayəndə heyətinin üzvü, millət vəkili Səyavuş Novruzov bildirib.

Millət vəkili qeyd edib ki, sessiyada dünyada gedən proseslər, təhlükəsizlik problemləri və digər məsələlər müzakirə olunacaq.

İclasda həmçinin, NATO PA-nın Müdafiə və Təhlükəsizlik Komitəsinin Gələcək təhlükəsizlik və müdafiə imkanları alt komitəsinin Cənubi Qafqaz respublikalarındakı vəziyyətə dair hesabatının da müzakirəyə çıxarılacağı gözlənilir. S.Novruzov onu da qeyd edib ki, hesabatla bağlı Azərbaycan tərəfini qane etməyən məqamlar var.

Xatırladaq ki, NATO PA-nın Müdafiə və Təhlükəsizlik Komitəsinin Gələcək təhlükəsizlik və müdafiə imkanları alt komitəsinin sədri Vahid Ərdəm bu yaxınlarda Bakıda səfərdə olarkən məruzəyə yenidən baxılacağını bildirib.

Xəbər lenti

Xəbər lenti