...

Nikolay Paskeviç: Belarus Azərbaycanla hərtərəfli əməkdaşlıq üçün açıqdır

Siyasət Materials 8 Noyabr 2006 15:25 (UTC +04:00)

"Belarus Azərbaycanla hərtərəfli əməkdaşlıq üçün açıqdır". Trend in xəbər verdiyi kimi, bu barədə Belarus Respublikasının Azərbaycandakı səfiri Nikolay Paskeviç ölkəyə təyinatından sonra keçirdiyi ilk mətbuat konfransında bəyan edib.

Səfirin sözlərinə görə, səfirliyin fəaliyyətinin əsas istiqamətləri hər iki ölkənin ticari-iqtisadi əlaqələrini fəallaşdırmaqdan ibarətdir. Son illərdə iki ölkə arasında iqtisadi sahədə yaxşı dinamika müşahidə olunur. "Ancaq mal dövriyyəsinin həcmi son dərəcə adekvat olaraq qalır", - deyə diplomat qeyd edib. Ölkələrimiz arasında iqtisadi, xüsusilə turizm, kənd təsərrüfatı, bank fəaliyyəti, istehsal korporasiyası və digər sahələrdə əlaqələrin inkişafı üçün böyük potensial var", - deyə o vurğulayıb.

Diplomat Azərbaycan və Belarus arasında hər hansı problem və ziddiyyətin olmadığını vurğulayaraq qeyd edib ki, bunu ölkələrimizin tarixində ilk dəfə olaraq bu yaxınlarda Azərbaycan prezidentinin Belarusa rəsmi səfəri də nümayiş etdirib. Səfir iki ölkə arasında gələcəkdə bir çox sahələrdə əməkdaşlığın inkişafı üçün yaxşı əsas yaradacaq müqavilə-hüquqi bazanın genişləndirilməsi zəruriliyini də nəzərə çatdırıb. Bu planda milli sərginin təşkili və biznes-forumun keçirilməsi də nəzərdə tutulur.

Xəbər lenti

Xəbər lenti