...

İordaniya baş nazirinin Azərbaycana səfəri başa çatıb

Siyasət Materials 8 Noyabr 2006 17:54 (UTC +04:00)

Trend in xəbər verdiyi kimi, noyabrın 8-də İorlaniyanın baş naziri Maruf əl-Bahitin (Marouf Bakhit) Azərbaycana rəsmi səfəri başa çatıb.

Səfər çərçivəsində baş nazir Azərbaycan rəhbərliyi ilə danışıqlar aparıb, iki ölkə arasında siyasi, ticari-iqtisadi əməkdaşlığın perspektivlərini müzakirə edib. Səfər zamanı hər iki ölkənin işgüzar şəxslərinin iştirakı ilə biznes-forum və milli malların sərgisi keçirilib, o cümlədən gələcək əməkdaşlığın perspektiv tərəfləri müəyyən olunub.

Səfər zamanı baş naziri bir neçə nazirin və İordaniya işgüzar dairələrinin 20-dək nümayəndəsinin daxi olduğu heyət müşayiət edib.

Xəbər lenti

Xəbər lenti