Azərbaycanın İqtisadi İnkişaf Nazirliyi və İslam İnkişaf Bankı Azərbaycan ərazisində investisiya şirkətinin yaradılmasına dair Bakıda qərar qəbul edib. Trend in xəbər verdiyi kimi, bu barədə noyabrın 9-da Bakıda İİB prezidenti Əhməd Məhəmməd Əli beynəlxalq investisiya konfransının yekunları üzrə bəyan edib.
Onun sözlərinə görə, investisiya şirkətinin elan olunmuş kapitalı $100 mln, hazırda ödənilmiş kapitalı isə $10 mln. təşkil edəcək.
"Bank Azərbaycanla iqtisadi əməkdaşlığı davam etdirəcək. Bu əməkdaşlığı yalnız işgüzar şəxslər arasında deyil, həm də dövlət institutları səviyyəsində genişləndirmək lazımdır", - deyə o bildirib.
Azərbaycanın iqtisadi inkişaf naziri Heydər Babayev qeyd edib ki, ölkə böyük iqtisadi potensiala malikdir, inkişaf edir. Bundan başqa, həm obyektiv, həm də subyektiv üstünlüklər mövcuddur. Onlar arasında əlverişli coğrafi mövqe, ixtisaslaşmış işçi qüvvəsi, siyasi sabitlik, beynəlxalq normalara cavab verən qanunvericilik var.
"Biz konfrans zamanı müzakirə etdiyimiz bütün layihələri gerçəkləşdirmək niyyətindəyik", - deyə Heydər Babayev bildirib.
Sabah Bakıda kommünike qəbul olunacaq. Burada əməkdaşlıqla bağlı bütün məsələlər öz əksini tapacaq.
İİN və İİB kənd təsərrüfatı, səhiyyə, telekommunikasiya, turizm və digər sahələrdə əlaqələrin inkişafına dair qərar qəbul edib.
İslam İnkişaf Bankı Azərbaycanla əməkdaşlığı ərzində ölkəyə $140 mln. kredit verib.