...

Mübariz Qurbanlı: ""Siyasi partiyalar haqqında" qanuna parlamentin gələn il yaz sessiyasında baxıla bilər"

Siyasət Materials 11 Noyabr 2006 13:22 (UTC +04:00)

"Siyasi partiyalar haqqında" qanuna əlavə və dəyişikliklər edilməsi üçün Milli Məclisdə müzakirələr aparılması parlamentin gələn il yaz sessiyasında mümkün ola bilər. Bu barədə Trend ə Yeni Azərbaycan Partiyası (YAP) icra katibinin müavini, millət vəkili Mübariz Qurbanlı məlumat verib.

O bildirib ki, həmin qanuna dəyişikliklə bağlı hazırda konkret layihə yoxdur və bu fikirlər hələlik təkliflər formasındadır. M.Qurbanlı deyib ki, "Siyasi partiyalar haqqında" qanunla bağlı YAP-çı deputatların da öz fikirləri var və həmin müzakirələrdə onlar fəal iştirak etmək fikrindədirlər.

M.Qurbanlı əlavə edib ki, parlamentin indiki payız sessiyasının gündəliyi və iş proqramı təsdiq olunub. Bu sessiya üçün müəyyənləşdirilmiş və təsdiqlənmiş iş proqramında "Siyasi partiyalar haqqında" qanunun müzakirələri daxil edilməyib: "Ona görə də növbəti yaz sessiyasında belə bir layihə hazırlanıb təqdim edilərsə, baxıla bilər. Biz də tərəfdarıyıq ki, bu qanunda dəyişikliklər edilməlidir. Çünki Konstitusiyadan əvvəl bu qanun var idi və Azərbaycan Konstitusiyası qəbul olunandan sonra dəyişdirilməyib. Yeni Azərbaycan Partiyası qanunla bağlı müəyyən təkliflər hazırlayıb və müzakirələr başlayanda biz təkliflərimizi irəli sürəcəyik".

Xəbər lenti

Xəbər lenti