...

Brüsseldə AB-Azərbaycan əməkdaşlığı ilə bağlı məsələlər müzakirə olunur

Siyasət Materials 14 Noyabr 2006 14:20 (UTC +04:00)

Noyabrın 14-də Brüsseldə Azərbaycan-Avropa Birliyi Əməkdaşlıq Şurasının 8-ci iclası keçirilir. Azərbaycanın Belçikadakı səfirliyindən Trend ə verilən məlumata görə, iclas AB Nazirlər Şurasının binasında keçirilir.

İclasda Azərbaycan nümayəndə heyətinə xarici işlər naziri Elmar Məmmədyarov rəhbərlik edir. AB-ni isə Finlandiyanın xarici işlər naziri (AB-nin prezident ölkəsi) Erkki Tuomioya (Erkki Tuomioja), AB-nin xarici siyasət və təhlükəsizlik üzrə ali komissarı Xavyer Solana (Javier Solana), Avropa Komissiyasının xarici əlaqələr üzrə komissarı Benita Ferero-Valdner (Benita Ferrero-Waldner), Almaniya XİN dövlət naziri Günter Qloser (Gunter Gloser), AB-nin Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Piter Semnebi (Peter Semneby) və başqaları təmsil edir. Danışıqların yekunları üzrə AB və Azərbaycan arasında Avropa Qonşuluq Proqramına dair Fəaliyyət Planı qəbul olunacaq.

Noyabrın 14-də günün II yarısında Azərbaycan XİN başçısının ermənistanlı həmkarı Vardan Oskanyan və ATƏT-in Minsk Qrupu həmsədrləri ilə danışıqlar aparacağı nəzərdə tutulub.

Xəbər lenti

Xəbər lenti