...

Azərbaycan və Avropa Birliyi qarşılıqlı bəyanat qəbul ediblər

Siyasət Materials 14 Noyabr 2006 16:21 (UTC +04:00)

Azərbaycan Respublikasının müstəqilliyi, suverenliyi və ərazi bütövlüyünün dəstəklənməsi Avropada sülh və sabitliyin təminatına öz töhfəsini verəcək. Azərbaycan XİN-in mətbuat və informasiya siyasəti idarəsinin rəisi Tahir Tağızadənin Trend ə verdiyi məlumata görə, bu barədə Azərbaycan və Avropa Birliyinin Avropa qonşuluğu çərçivəsində Fəaliyyət planının qəbul olunmasından sonra etdikləri və Əməkdaşlıq Şurasının protokoluna daxil ediləcək qarşılıqlı bəyanatında qeyd olunub.

T.Tağızadə qeyd edib ki, bu sənədə Azərbaycan üçün əhəmiyyət kəsb edən bir sıra məsələlər, o cümlədən Dağlıq Qarabağ məsələsi də daxil ediləcək. Sazişdə qeyd olunub ki, Əməkdaşlıq Şurası Azərbaycan Respublikasının müstəqilliyi, suverenliyi və ərazi bütövlüyünün dəstəklənməsinin Avropada sülh və sabitliyin təminatına öz töhfəsini verəcəyini təsdiq edir. "Əməkdaşlıq Şurası BMT Təhlükəsizlik Şurasının müvafiq qətnamələri, ATƏT-in sənəd və qərarlarında dünya tərəfindən tanınan norma və beynəlxalq hüquq əsasında Dağlıq Qarabağ münaqişəsinin tezliklə sülh yolu ilə nizamlanmasını dəstəkləyir", - deyə Azərbaycanın XİN nümayəndəsi vurğulayıb.

Xəbər lenti

Xəbər lenti