Rusiya Federasiyası hökümət başçısı Mixail Fradkovun Azərbaycana səfərinin tarixi müəyyən edilib. RF Hökümət başçısının mətbuat xidmətindən Trend -ə bildiriblər ki, səfər 4-5 dekabrda olacaq.
Səfər Rusiya İlinin Azərbaycanda bağlanması vaxtına salınıb ki, bununla bağlı bir sıra tədbirlərin keçirilməsi nəzərdə tutulur. Baş nazirin mətbuat xidmətindən xəbər verilib ki, Mixail Fradkovun səfər proqramına Azərbaycanın dövlət və hökümət başçıları ilə görüşlər də daxildir.