...

MSK bəzi dairə seçki komissiyalarının fəaliyyətinin monitorinqinini başa çatdırdı

Siyasət Materials 27 Noyabr 2006 12:42 (UTC +04:00)

Azərbaycan Respubliklası Mərkəzi Seçki Komissiyası (MSK) noyabrın ayının 15-dən etibarən başladığı dairə seçki komissiyalarının fəaliyyətinin monitorinqini başa çatdırıb. Bu barədə Trend ə MSK-dan məlumat verilib.

DSK-larda monitorinq aparmaq üçün hər birində MSK Katibliyinin 2 nəfər əməkdaşı olmaqla 7 qrup təşkil olunmuşdu. Monitorinq zamanı dairə seçki komissiyalarının yerləşdiyi binaların vəziyyətindən tutmuş dairə və məntəqə seçki komissiyalarının üzvlərinə əmək haqqı ödənilməsi cədvəlinə baxış keçirilməsinə qədər geniş miqyaslı yoxlama aparılıb. DSK-ların maddi-texniki təchizatı, seçici siyahılarına düşməmiş vətəndaşlar barədə məlumatların dəqiqləşdirilməsi, bir sıra seçki prosedurlarının həyata keçirilməsi zamanı sənədləşmə işi, hüquqi-normativ aktlarla təminat, vətəndaşların müraciətlərinin qeydiyyatı, onlara baxılması, həll edilməsi və s. məsələlərlə bağlı vəziyyətə dair ciddi araşdırmalar aparılıb.

Monitorinq Bakı və Sumqayıtda, Abşeron rayonunun ərazisində yerləşən seçki dairələrini əhatə edib. Bu ərazidə yerləşən məcburi köçkün rayonlarının seçki dariələrində də monitorinq aparılıb. Ümumilikdə cəmi 38 DSK-da bu tədbirlər həyata keçirilib. Hazırda monitorinqin nəticələri Mərkəzi Seçki Komissiyasında araşdırılır.

Xəbər lenti

Xəbər lenti