Azərbaycan prezidenti İlham Əliyev noyabrın 29-da Bakıda Dubayın Limanlar, Gömrük və Azad Ticarət Zonası Korporasiyasının İcraedici sədri Sultan Əhməd bin Süleyimi qəbul edib.
Qonaq BƏƏ-nin vitse-prezidenti və baş naziri, Dubay əmiri Şeyx Məhəmməd bin Rəşid Al Məktumun salamlarını dövlət başçısana çatdırıb. O məlumat verib ki, Bakıya işguzar şəxslərin missiyası Dubay və Azərbaycan arasında iqtisadi əlaqələri genişləndirmək üçün gəlib.
Prezident bu yaxınlarda BƏƏ-yə rəsmi səfər etdiyini xatırladıb və qeyd edib ki, sahibkarlar missiyasının səfəri, əlaqələrin inkişafı hər iki tərəf üçün faydalı olacaq.