...

Təhsillə bağlı bir neçə yeni qanun hazırlanacaq

Siyasət Materials 1 Dekabr 2006 15:48 (UTC +04:00)

Bu il dekabr ayının sonuna kimi Milli Məclisdə "Təhsil haqqında qanun" müzakirəyə çıxarılacaq. Trend in məlumatına görə, bu barədə jurnalistərə Milli Məclisin elm və təhsil komissiyasının sədri Şəmsəddin Hacıyev məlumat açıqlama verib.

O qeyd edib ki, "Təhsil haqqında" qanun layihəsi artıq hazırdır və bu sənəd üzərində müzakirələr aparılır. Onun sözlərinə görə, dekabrın sonuna qədər parlamentin müzakirəsinə çıxarılacaq.

Ş.Hacıyev onu da deyib ki, təhsillə bağlı bir neçə qanun hazırlanması nəzərdə tutulur. Bunlar "Ali təhsil haqqında", "Ümumtəhsil haqqında" və digər qanunlardır. Bu kimi yeni qanun layihələri parlamentin gələn ilki yaz sessiyasında müzakirəyə çıxarılacaq.

Xəbər lenti

Xəbər lenti