...

Azərbaycan prezidenti yanvarda Jak Şirakın dəvəti ilə Fransaya dövlət səfəri edəcək

Siyasət Materials 7 Dekabr 2006 20:27 (UTC +04:00)
Azərbaycan prezidenti yanvarda Jak Şirakın dəvəti ilə Fransaya dövlət səfəri edəcək

Yanvarın üçüncü ongünlüyündə Azərbaycan prezidenti İlham Əliyev Jak Şirakın dəvəti ilə Fransaya dövlət səfəri edəcək. Bu barədə prezidenin icra aparatının xarici əlaqələr şöbəsinin müdiri Novruz Məmmədov jurnalistlərə xəbər verib.

Trendin verdiyi xəbərə görə, prezidentin Fransaya səfəri üç gün davam edəcək. "Bu səfər Fransaya əvvəlki səfərlərdən fərqlənəcək və Fransa ilə Azərbaycan arasında əlaqələrin yüksək səviyyədə olduğuna sübut olacaq"-deyə o söyləyib.

Novruz Məmmədov bu yaxınlarda fransız sahibkarlarının Bakıya səfərini xatırladıb. "Bu qarşılıqlı münasibətlərin yaxşı göstəricisidir"- deyə o vurğulayıb. Azərbaycan prezidentinin Fransaya səfərinə qədər Azərbaycan-Fransa hökumətlərarası komissiyasının iclası keçiriləcək.

Xəbər lenti

Xəbər lenti