...

Azərbaycan prezidenti Dağıstanın nümayəndə heyətini qəbul edib

Siyasət Materials 12 Dekabr 2006 17:41 (UTC +04:00)

Azərbaycan prezidenti İlham Əliyev dekabrın 12-də Bakıda Dağıstanın nümayəndə heyətini qəbul edib. Trend xəbər verir ki, missiyaya Dağıstan prezidentinin müşaviri Səid Qurbanov, Dərbənd rayonu administrasiyasının başçısı Qurban Qurbanov və Dağıstanın Azərbaycandakı nümayəndəliyinin başçısı Məhəmməd Qurbanov daxil olub.

Dağıstan nümayəndələri Azərbaycanın eks-prezidenti Heydər Əliyevin ölümünün ildönümü ilə bağlı dərin hüznlə başsağlığı verib. Səid Qurbanov Heydər Əliyevlə uzun illər ərzində şəxsi dostluğu haqqında danışıb, xatirələri ilə bölüşüb. Heydər Əliyevin Azərbaycan xalqının qarşısında dəyərli xidmətlərini qeyd edən S.Qurbanov əlavə edib ki, indi onun ideyaları layiqli şəkildə İlham Əliyev tərəfindən davam etdirilir.

Dərin başsağlığı verdiyinə görə minnətdarlıq edən Azərbaycan prezidenti qeyd edib ki, Heydər Əliyev və Səid Qurbanovun dostluq münasibətləri haqqında yaxşı məlumatı var və dostluğa sadiq olduğuna görə bir daha təşəkkür edib.

Xəbər lenti

Xəbər lenti