...

Xəzər dəniz gəmiçiliyi: "Şamxor" tankerində partlayışın səbəbi texniki qəza olub

Siyasət Materials 19 Dekabr 2006 16:09 (UTC +04:00)
Xəzər dəniz gəmiçiliyi: "Şamxor" tankerində partlayışın səbəbi texniki qəza olub

Azərbaycan Dövlət Xəzər dəniz gəmiçiliyinin "Şamxor" tankerində partlayışın səbəbi texniki qəza olub. Bu barədə Trend ə gəmiçilikdən məlumat verilib.

Qazın toplandığı boruda qaz analizatorlarının quraşdırılması üçün qaynaq işlərinin görülməsi nəticəsində partlayış baş verib. Gəmiçilikdən verilən məlumata görə, həm də əvvəl gəmi artıq neft məhsullarının qalıqlarından və qazdan təmizlənib. Hadisə nəticəsində 5 nəfər zərər çəkib və "Paris Kommunası adına" zavodun bir əməkdaşı həlak olub.

İşlərin görülməsində dörd nəfər iştirak edib (biri həlak olub, üçü yaralanıb). Daha iki nəfər yardım edərkən zərər çəkib, lakin aldıqları xəsarət yüngül olduğundan bu gün onlar müalicə müəssisəsindən buraxılacaqlar. Orta ağırlıqlı yara alan üç nəfər xəstəxanadadır. Bu hadisənin təhqiqatı prokurorluq, Fövqəladə Hallar və Daxili İşlər nazirliklərinin orqanları tərəfindən davam etdirilir.

Gəmiçilikdə qeyd ediblər ki, zərər çəkən əməkdaşların müalicəsi ilə bağlı bütün xərcləri gəmiçilik öz üzərinə götürür. Bundan başqa, həlak olmuş əməkdaşın (Qurbanlı Cəlil Heybət oğlu, 1968-ci il təvəllüdlü) dəfni üçün xərcləri də gəmiçilik öz üzərinə götürür.

Gəmiçilikdən verilən xəbərə görə, həlak olanın ailəsində uşaqlar yetkinlik yaşına çatanadək onun əmək haqqını alacaqlar.

"Şamxor" gəmisi 12 334 ton dedveytə malikdir. Bu tanker əvvəl, təhlükəsizlik üzrə beynəlxalq konvensiyaların tələb etdiyi kimi, ikinci bortla təchiz olunub.

Xəbər lenti

Xəbər lenti