...

"Mətbuat Şurası "reketçilik"də günahlandırılan 33 qəzetlə bağlı araşdırma aparılması üçün Daxili İşlər Nazirliyinə müraciət edib"-qurumun sədri

Siyasət Materials 26 Yanvar 2007 16:51 (UTC +04:00)
"Mətbuat Şurası "reketçilik"də günahlandırılan 33 qəzetlə bağlı araşdırma aparılması üçün Daxili İşlər Nazirliyinə müraciət edib"-qurumun sədri

Azərbaycan Mətbuat Şurası "reketçilik" fəaliyyətində günahlandırılan 33 qəzetlə bağlı Daxili İşlər Nazirliyinə (DİN) müraciət ünvanlayıb. Bu barədə Trend ə eksklüziv olaraq Mətbuat Şurasının sədri Əflatun Amaşov məlumat verib.

O, bildirib ki, Bakı Şəhər Baş Təhsil İdarəsi Mətbuat Şurasına şikayət məktubu təqdim edib. Burada bir neçə KİV-dən şikayət edilir, onların orta məktəb direktorlarından rüşvət tələb etməsi və digər bu kimi "reketçilik" fəaliyyəti ilə məşğul olduqları bildirilir. Təhsil İdarəsinin təqdim etdiyi siyahıda 33 belə qəzetin adı göstərilib.

Ə.Amaşov qeyd edib ki, həmin şikayətin, yəni bu qəzetlərin həqiqətən də qanunsuz işlərlə məşğul olub-olmadığının araşdırılması üçün Daxili İşlər Nazirliyinə göndərilməsi qərara alınıb. Mətbuat Şurası bu gün - yanvarın 26-da nazirliyə məktub ünvanlayıb. Məktuba əlavə edilmiş siyahıda adları çəkilən 33 qəzetin barəsində araşdırma aparılması və müvafiq tədbirlər görülməsi xahiş olunur. Ə.Amaşov qeyd edib ki, bu qəzetlərin hamısı dövriliyinə görə, həftəlik, aylıq və daha az çıxan qəzetlərdir.

Xəbər lenti

Xəbər lenti