...

Mətbuat Şurasının adından istifadə edib rüşvət alan qəzet əməkdaşlarının istintaqı 15 gün ərzində başa çatacaq

Siyasət Materials 12 Fevral 2007 13:57 (UTC +04:00)
Mətbuat Şurasının adından istifadə edib rüşvət alan qəzet əməkdaşlarının istintaqı 15 gün ərzində başa çatacaq

Azərbaycan Mətbuat Şurasının adından istifadə edərək rüşvət almaqda ittiham olunan və barəsində cinayət işi açılan qəzet əməkdaşlarının istintaqı 15 gün ərzində başa çatacaq. Bu barədə Trend ə Azərbaycan Mətbuat Şurasının sədri Əflatun Amaşov məlumat verib.

Qeyd edək ki, Mətubat Şurasının adından istifadə edərək ayrı-ayrı obyektlərdən rüşvət alınması faktlarının araşdırılması üçün Əflatun Amaşov Daxili İşlər Nazirliyinə müraciət etmişdi. Həmin faktlardan biri iə bağlı artıq cinayət işi açılıb. "Cəmiyyət və qanun" adı qəzetin baş redaktoru Qabil Şəldiyev və qəzetin əməkdaşı Famil Həsənov Qobu bələdiyyəsindən 300 manat rüşvət almaqda, bunun üçün saxta sənəd hazırlamaqda günahlandırılır. Onların ittiham olunduğu Cinayət Məcəlləsinin 178-ci maddəsinə görə, bu şəxslərə 3 ildən 7 ilə qədər həbs cəzası, eyni zamanda şərti iş və ya cərimə də kəsilə bilər. Hazırda azadlıqda olan həmin şəxslər barəsində qərarı istintaq başa çatdıqdan sonra məhkəmə çıxaracaq.

Adları çəkilən şəxslərin digər əməllərinə dair faktların, həmçinin Mətbuat Şurasının şikayətində göstərilmiş başqa şəxslərin də hərəkətlərinin Daxili İşlər Nazirliyinin Mütəşəkkil Cinayətkarlığa Qarşı Mübarizə İdarəsində araşdırılması davam edir.

Ə.Amaşov onu da deyib ki, Bakı Şəhər Baş Təhsil İdarəsinin monitorinqi əsasında "reketçilik" fəaliyyəti üzə çıxarılan 30-a yaxın qəzet barəsində Mətbuat Şurası öz araşdırmalarını davam etdirir. Onun sözlərinə görə, Şuranın araşdırmaları gələn həftə yekunlaşacaq və müvafiq tədbirlər görüləcək.

Xəbər lenti

Xəbər lenti