...

Azərbaycan Dövlət Neft Şirkəti gəminin yenidən qurulması ilə bağlı tender elan edib

Siyasət Materials 22 Fevral 2007 11:34 (UTC +04:00)

Azərbaycan, Bakı /müx. Trend S.Əliyev/ Azərbaycan Dövlət Neft Şirkətinin (ARDNŞ) "Xəzərdənizneftdonamması" idarəsi "Neftqaz-9" gəmisinin təmiri məqsədilə ehtiyat hissələrin alınması üçün tender elan edib. Bu barədə ARDNŞ-dan bildiriblər.

Ehtiyat hissələrini yük alana müqavilə imzalandıqdan sonra 3 ay ərzində göndərmək tələb olunur. Ehtiyat hissələrinin dəyərinin ödənilməsi yük göndərildikdən sonra bir ay ərzində hissələrlə həyata keçiriləcək.

İştirakçılar da namizədlər kimi iştiraka dair ərizə və digər sənədləri "Xəzərdənizneftdonamması" idarəsinə 2007-ci il aprelin 11-dən gec olmamaq şərtilə təqdim etməlidirlər.

Təkliflər qiymətləndirilən zaman üstünlük növbəti xüsusiyyətlərə veriləcək - ehtiyat hissələrinin dəyəri, vərdiş (gəmi üçün ehtiyat hissələrin alınması ilə bağlı), göndərmə müddəti.

Tender təklifləri 2007-ci il fevralın 19-da "Xəzərdənizneftdonamması" idarəsində açılacaq.

Xəbər lenti

Xəbər lenti