...

Azərbaycan prezidenti Moldova ilə iqtisadi əməkdaşlıq üçün yaxşı perspektivlərin olmasını bəyan edib

Siyasət Materials 22 Fevral 2007 20:43 (UTC +04:00)

Azərbaycan, Bakı/müxbir Trend V.Şərivof/Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev fevralın 22-də Prezident sarayında Moldova Respublikasının Baş naziri Vasile Tarlevin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.

Azərbaycan Moldova ilə iqtisadi sahədə fəal əməkdaşlığa ümid edir. İki ölkə arasında siyasi münasibətlər çox uğurla inkişaf edir, Moldova prezidentinin Azərbaycana və Azərbaycan prezidentinin Moldovaya rəsmi səfərləri baş tutub. "Biz, həmçinin beynəlxalq təşkilatlar və ikitərəfli əməkdaşlıq çərçivsəində fəal iş aparırıq", deyə İ.Əliyev görüşdə bildirib.

Dövlət başçısı qeyd edib ki, iqtisadi əməkdaşlıq üçün yaxşı perspektivlər mövcuddur, Moldova baş nazirinin səfərinin iki dövlət arasında ticarət-iqtisadi münasibətlərə təkan verəcəyinə əmin olduğunu bildirib.

"Potensial var və ikitərəfli iqtisadi münasibətlər üçün imkan və onları inkişaf etdirmək arzusu mövcuddur. Dövlətlərimiz müttəfiq və əməkdaşdırlar. Buna görə də fəal əməkdaşlığa ümid edirik", deyə İ.Əliyev bildirib.

Moldova baş nizirinin sözlərinə görə, Azərbaycan-Moldova hökumətlərarası komissiyanın bü günkü iclasının nəticələrinə görə, müxtəlif sahələrdə "Əməkdaşlıq haqqında" altı saziş imzalanıb. "Azərbaycan və Moldova arasında heç bir problem yoxdur", deyə nazir bildirib.

Xəbər lenti

Xəbər lenti