...

Ötən ay Gəncədə 887 avtomobilə fərqlənmə nişanı verilib

Siyasət Materials 27 Fevral 2007 19:17 (UTC +04:00)

Azərbaycan, Gəncə/müxbir Trend V.Məmmədov/Ötən ay Gəncədə 887 avtomobilə fərqlənmə nişanı verilib. Bu barədə 1 saylı Regional Nəqiliyyat Məhdud Məsuliyyətli Cəmiyyətin rəisi Şəmistan Nağıyev məlumat verib.

Müsahibin sözlərinə görə, verilən fərqlənmə nişanlarından 476-sı avtobuslara, 334-ü yük avtomobillərinə, 77-si isə taksilərə verilib. Bunun nəticəsində dövlət büdcəsinə 221 139 manat vəsait daxil olub.

Ş.Nağıyev həmçinin onu da bildirib ki, ötən il departament tərəfindən 10 031 fərqlənmə nişanı verilib.

Qeyd edək ki, 1 saylı Nəqiliyyat Departamenti bu ilin yanvar ayından etibarən hər həftə mütəmadi olaraq reydlər keçirir. Aparılan reydlər nəticəsində 50-yə qədər avtobus və taksi sürücüsünün sürücülük vəsiqələri fərqlənmə nişanı olmadığına görə alınıb.

Xəbər lenti

Xəbər lenti