...

Müdafiə naziri Səfər Əbiyev İran səfirini qəbul edib

Siyasət Materials 28 Fevral 2007 13:55 (UTC +04:00)

Azərbaycan, Bakı / Trend müxbir S.İlhamqızı/ Fevralın 28-də Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Səfər Əbiyev İran İslam Respublikasının Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Əfşar Süleymanini diplomatik missiyasının başa çatması münasibəti ilə qəbul edib. Bu barədə Azərbaycan Müdafiə Nazirliyindən məlumat verilib.

Müdafiə naziri Ə.Süleymaniyə Azərbaycandakı fəaliyyətinə görə təşəkkürünü bildirib və gələcək işlərində ona uğurlar arzulayıb.

Xəbər lenti

Xəbər lenti