...

Azərbaycanlı deputatın "Peşəkar təhsil və jurnalistlərin treninqi" mövzusunda məruzəsi AŞPA-nın Daimi Komitəsində müzakirə olunacaq

Siyasət Materials 14 Mart 2007 18:41 (UTC +04:00)

Azərbaycan, Bakı / Trend müxbir İ.Əlizadə/ Azərbaycanın Avropa Şurası Parlament Assambleyasındakı (AŞPA) nümayəndə heyətinin üzvü, millət vəkili Rafael Hüseynovun "Peşəkar təhsil və jurnalistlərin treninqi" mövzusunda məruzə layihəsi martın 16-da Parisdə AŞPA-nın Daimi Komitəsinin iclasında müzakirə olunacaq. Bu barədə Milli Məclisin mətbuat xidmətindən məlumat verilib.

R.Hüseynov iclasda iştirak edəcək. AŞPA Daimi Komitəsinin iclasında bundan başqa ABŞ və beynəlxalq hüquq, Cənubi Qafqazda qadınların vəziyyəti, gender bərabərliyi, ətraf mühitin qorunması və digər məsələlər müzakirə ediləcək.

Xəbər lenti

Xəbər lenti