...

Azərbaycan hökuməti "Xəzər 2008" iqtisadi forumuna dəvət olunub

Siyasət Materials 7 Aprel 2007 12:49 (UTC +04:00)

Azərbaycan, Bakı/ Trend S.Ağayeva / Azərbayacan hökuməti bu ilin avqust ayınada Sloveniyada keçiriləcək "Xəzər 2008" illik iqtisadi forumuna dəvət olunub. Sloveniyanın Azərbaycandakı konsulu Borut Mequsar (Borut Megusar) bildirib ki, forumda iştirak üçün dəvət artıq Azərbaycan tərəfinə təqdim olunub.

Forumda Xəzər regionundan enerji ehtiyatlarının Qərbi Avropaya daşınması ilə bağlı məsələlərin müzakirə olunacağı gözlənilir. Foruma dünyanın məşhur işgüzar dairələrindən nümayəndələr, siyasətçilər, region ölkələrinin dövlət və hökumət başçıları dəvət olunub.

Ötən il Azərbaycan forumda prezident səviyyəsində təmsil olunmuşdu.

Xəbər lenti

Xəbər lenti