...

Azərbaycanın eks-prezidentinin anadan olmasının 84-cü ildönümü münasibətilə futbol turniri başlayıb

Siyasət Materials 24 Aprel 2007 12:52 (UTC +04:00)

Azərbaycan, Bakı / Trend , müxbir İ.Əlizadə/ Azərbaycanın eks-prezidenti Heydər Əliyevin anadan olmasının 84-cü ildönümü münasibətilə hakim Yeni Azərbaycan Partiyası (YAP) Gənclər Birliyinin təşəbbüsü ilə futbol turniri başlayıb. Bu barədə çərşənbə axşamı Bakıda YAP mətbuat xidmətindən məlumat verilib.

Turnirdə YAP-ın Abşeron rayon, Bakı və Sumqayıt şəhər təşkilatları gənclər birlikləri iştirak edir.

Türnirin ilk günündə YAP-ın Sumqayıt və Xətai, Nərimanov və Nizami, Binəqədi və Suraxanı rayon təşkilatlarının gənclər birlikləri görüşüblər.

YAP 1992-ci ildə Naxçıvanda yaradılıb. 14 ildir ki, hakim partiya olan YAP-ın ilk sədri mərhum eks-prezident Heydər Əliyev olub. Partiyanın hazırkı sədri prezident İlham Əliyevdir.

Xəbər lenti

Xəbər lenti