...

Amerikalı diplomat: "Dağlıq Qarabağ Azərbaycanın bir hissəsidir"

Siyasət Materials 25 Aprel 2007 20:18 (UTC +04:00)
Amerikalı diplomat: "Dağlıq Qarabağ Azərbaycanın bir hissəsidir"

Azərbaycan, Bakı/ Trend müxbir İ.Əlizadə/ ABŞ-ın Azərbaycandakı səfiri Enn Dersi çərşənbə axşamı bəyan edib ki, ABŞ Dağlıq Qarabağı Azərbaycanın bir hissəsi hesab edir.

ABŞ Dövlət Departamentinin 2006-cı il üçün insan haqları ilə bağlı hesabatına edilmiş düzəlişlə bağlı jurnalistlərin suallarını cavablandıran səfir söyləyib ki, ABŞ Azərbaycan hakimiyyətinin və xalqının bu məsələyə necə həssas yanaşdığını başa düşür. "Dağlıq Qarabağ məsələsi ilə bağlı ABŞ-ın mövqeyində heç bir dəyişiklik yoxdur. Biz Azərbaycanın ərazi bütövlüyünü tanıyırıq, eləcə də ATƏT-in Minsk qrupunun həmsədri kimi münaqişənin həllində missiyanın əhmiyyətini anlayırıq"-deyə xanım Dersi bildirib.

Xəbər lenti

Xəbər lenti