Azərbaycan,Bakı/müxbir Trend S.Ağayeva/Gələcəkdə Azərbaycan Avropa Birliyinə (AB) daxil ola bilər. Bu barədə cümə günü Bakıda jurnalistlərə Rumıniyanın eks-prezidenti İon İliyesku məlumat verib.
İliyeskunun fikrincə, əsas odur ki, Azərbaycanın özündə AB-yə daxil olmaq üçün lazımi şərait olsun və o zaman gələcəkdə Azərbaycanın Avropa Birliyinə qəbulu üçün ehtimal var.
İliyeskunun sözlərinə görə, AB-yə qəbul zamanı dini məsələyə baxılmamalıdır və dominantlıq təşkil etməməlidir. Eks-prezident Albaniyanın misalında göstərib ki, o, müsəlman dövləti kimi yaxın zamanlarda AB-yə daxil ola bilər. "Bu, həmçinin Türkiyəyə də aiddir" - deyə İ.İliyesku vurğulayıb.
İliyesku Bakıya "Dözümlülük və qarşılıqlı anlaşmada KİV-in rolu" konfransında iştirak etmək üçün gəlib.