...

Prezident İlham Əliyev "Xətai" ticarət və istirahət mərkəzinin açılışında iştirak edib

Siyasət Materials 23 May 2007 20:39 (UTC +04:00)

Azərbaycan, Bakı, Trend / Azərbaycan prezidenti İlham Əliyev bu gün Bakının Xətai rayonu ərazisində "Xətai" ticarət və istirahət mərkəzinin açılış mərasimində iştirak edib.

Prezident Əliyev mərkəzin ticarət və istirahət obyektləri ilə yaxından tanış olub.

Mərkəzin direktoru Abdulla Abdullayev məlumat verərək bildirib ki, tikintisinə 18 ay bundan əvvəl başlanmış bu obyekt 8 mərtəbədən ibarətdir. Ümumi sahəsi 177 min 369 kvadratmetrdir. Hər mərtəbədə 10 min 562 kvadratmetr əsas sahə, 7 min 974 kvadratmetr köməkçi sahə var.

Mərkəzdə ticarət xidməti, sığorta, bank, diaqnostika, bərbərxana, çamaşırxana (kimyəvi təmizləmə), cari tikiş xidməti, yeməkxana, uşaq əyləncə mərkəzi, biznes-klub, konfrans salonu, sağlamlıq mərkəzi, tərcümə mərkəzi fəaliyyət göstərəcək. Burada müxtəlif sahələrdə təxminən 6 min nəfər işləyəcək. Mərkəzin ümumi smeta dəyəri 280 milyon manatdır.

Prezident binanın xarici görünüşündən və burda yaradılmış şəraitdən razı qalıb.

Xəbər lenti

Xəbər lenti