...

Dövlət Departamentinin nümayəndəsi: "ABŞ transxəzər marşrutunu türkmən qazı üçün ən sərfəli variant kimi dəstəkləyir"

Siyasət Materials 2 İyun 2007 12:35 (UTC +04:00)
Dövlət Departamentinin nümayəndəsi: "ABŞ transxəzər marşrutunu türkmən qazı üçün ən sərfəli variant kimi dəstəkləyir"

ABŞ-ın transxəzər qaz kəməri marşrutuna (Türkmənistan-Azərbaycan-Gürcüstan-Türkiyə) dair mövqeyi dəyişməz olaraq qalır. "Biz bu kəməri dəstəkləyirik " - deyə bu gün ABŞ dövlət katibinin Cənub və Orta Asiya ölkələri məsələləri üzrə köməkçisinin birinci müavini Stiven Mann "İTAR-TASS" müxbirinin 1999-2000-ci illərdə ABŞ administrasiya tərəfindən dəstəklənən və hətta konsorsiumu yaradılan layihənin dirçəlməsi ehtimalı ilə bağlı sualını cavablandırarkən bildirib. Layihənin reallaşdırılması Türkmənistanın sabiq prezidenti Saparmurat Niyazovun təşəbbüsü ilə dayandırılmışdı. Buna səbəb onun sponsorların kommersiya tələbləri ilə razılaşmaması idi.

Dünən Trükmənistan prezidenti Qurbanqulu Berdımuxammedov tərəfindən qəbul edilən Dövlət Departament nümayəndəsinin brifinqi ABŞ-ın Aşqabaddakı səfirliyinin mədəni-informasiya mərkəzində gerçəkləşib. 1998-2000-ci illərdə Mann ABŞ-ın Türkmənistanda səfiri olub.

"Türkmənistan prezidenti həmçinin transxəzər istiqaməti daxil olmaqla alternativ boru kəmərlərinin inşasında maraqlıdır " - deyən Mann qeyd edib ki, transxəzər variantı türkmən qazının ixracı üçün ən gəlirli və sərfəli variantdır. Onun sözlərinə görə, ABŞ Türkmənistanın digər boru kəməri layihələrini dəstəkləyir. Məsələn, Pakistan və Hindistana gedən transəfqan, habelə Çin istiqamətindəki xətti.

"2007-ci il Türkmənistan üçün çox vacibdir. Ümid edirəm ki, prezident Berdımuxammedov ölkədə münbit investisiya iqlimi yaradacaq və bu zaman ABŞ və beynəlxalq özəl biznes Türkmənistandakı bütün sərfəli layihələrdə iştirak edə biləcək" - deyə o bildirib. Eyni zamanda xatırladıb ki, ABŞ siyasəti və qanunlarına əsasən, özəl şirkətlər üçün İran vasitəsilə keçən marşrutlar cəlbedici ola bilməz.

Xəbər lenti

Xəbər lenti