...

AQO qrupunun prezidenti: Azərbaycanın məhkəmə sistemində islahatların keçirilməsi tələb olunur

Siyasət Materials 7 İyul 2007 14:28 (UTC +04:00)
AQO qrupunun prezidenti: Azərbaycanın məhkəmə sistemində islahatların keçirilməsi tələb olunur

Azərbaycan, Bakı/ Trend müxbir A.Qasımova/ Azərbaycanın məhkəmə sistemində islahat keçirilməsi tələb olunur. Bunu bu gün Bakıda mətbuat konfransında AQO qrupunun prezidenti Per Sorqen bildirib.

"Məhkəmə sistemindəki vəziyyət Ədliyyə Nazirliyində dəyirmi masada müzakirə olundu və hökumət bizi əmin etdi ki, qısa müddətdə dövlət büdcəsindən ölkənin məhkəmə sisteminin təkmiləşdirilməsi üçün müəyyən məbləğ ayrılacaq", - deyə o bildirib.

Onun sözlərinə görə, bu sahədə hakim və hüquqşünaslar üçün treninqlərin və təhsil proqramlarının keçirilməsi nəzərdə tutulur. Həmçinin hakim və hüquqşünasların sayı artırılacaq.

Azərbaycanın Seçki Məcəlləsi haqqında danışan Sorqen bildirib ki, qarşıdan gələn prezident seçkiləri ilə əlaqədar bu qanunvericilik aktına yenidən baxmaq lazımdır.

"Bu ilin payızında Azərbaycanın Seçki Məcəlləsi üzrə AQO komitəsinin xüsusi görüşü keçiriləcək ki, burda da müvafiq dəyişikliklər qəbul olunacaq, - deyə Sorqen bildirib.

O həmçinin bildirib ki, bu sahədə Azərbaycan və Venesiya Komissiyası arasında əməkdaşlığın da güclənəcəyi gözlənilir.

Komitə Azərbaycanda mətbuatın vəziyyətindən narazı qalıb. "Ölkədə demokratiyanın əsas əlaməti mətbuatda söz azadlığına məhdudiyyətin olmamasıdır. Azərbaycanda mətbuatın vəziyyəti bizi qane etmədi. Qəzetlərin bağlanması bunun aşkar əlamətidir", - deyə Sorqen bildirib. Onun sözlərin görə, növbəti il mətbuat probleminə daha çox diqqət ayrılacaq.

Dağlıq Qarabağda keçiriləcək qondarma "prezident seçkiləri" ilə bağlı isə Sorqen bildirib ki, münaqişəli ərazidə keçirilən seçkilər qanuni hesab oluna bilməz. Yalnız münaqişə sülh yolu ilə həll olunandan sonra hər hansı bir seçkinin keçirilməsi mümkündür.

Xəbər lenti

Xəbər lenti