...

Gürcüstanda küçələrdən biri Azərbaycan şəhərinin adını daşıyacaq

Siyasət Materials 8 Avqust 2007 11:17 (UTC +04:00)
Gürcüstanda küçələrdən biri Azərbaycan şəhərinin adını daşıyacaq

Azərbaycan, Bakı /müx. Trend A.İsmayılova/ Rustavi şəhər meriyası mərkəzi küçələrin birinə Sumqayıt şəhərinin adını vermək qərarına gəlib. Bu barədə Azərbaycanın Gürcüstandakı səfiri Namiq Əliyev məlumat verib.

Rustavi Kvemo-Kartli bölgəsinin inzibati mərkəzidir. Burada 10 minə yaxın azərbaycanlı yaşayır.

Bu yaxınlarda Tbilisi meriyasının qərarı ilə şəhərin prospektlərindən birinə Azərbaycanın eks-prezidenti Heydər Əliyevin adı verilib, həmçinin orada büstü qoyulub.

Xəbər lenti

Xəbər lenti