...

Müxalifət partiyalarının növbəti forumuna hazırlıq gedir

Siyasət Materials 23 Avqust 2007 13:12 (UTC +04:00)

Azərbaycan, Bakı / Trend , müxbir S.İlhamqızı/ Açıq Cəmiyyət Partiyası (ACP) yaxın zamanlarda müxalifət partiyalarının ikinci Milli Forumunu təşkil edəcək. Bu barədə cümə axşamı ACP-nin sədri Akif Şahbazov məlumat verib.

ACP-nin təşkilatçılığı ilə may ayında müxalifətin birinci forumu keçirilmişdi. Həmin tədbirdə ölkədəki ictimai-siyasi durum, demokratiyanın, söz azadlığının vəziyyəti barədə müzakirələr aparılmış, müxalifətin vəzifələri, öhdəlikləri qeyd olunmuşdu.

Şahbazov bildirib ki, eyni mövzulara həsr olunmuş ikinci forumun keçirilməsi təşəbbüsü ilə partiyalara müraciət edib. Onun sözlərinə görə, hələlik tədbirin təşkilatçılığını heç bir partiya üzərinə götürməyib: "Əgər təşkilatçılıq etməyə təşəbbüs göstərən olmasa, forumu özümüz təşkil edəcəyik" - deyə ACP sədri bildirib. Onun sözlərinə görə, ACP hazırda bu tədbirin baş tutmasına çalışır.

Müxalifəti təmsil edən ACP-nin lideri Azərbaycanın eks-spikeri, 1995-ci ildən bəri mühacirətdə yaşayan Rəsul Quliyevdir.

Xəbər lenti

Xəbər lenti