Azərbaycan, Bakı / Trend / İ.Əlizadə/ Bakıda uçmuş binanın dağıntıları altından çıxan ölənlərin cəsədləririnin hissələri ekspertizaya göndərilib.Bu haqda məlumatı Trend in hadisə yerində olan müxbiri xəbər verir.
Avqustun 28-də çərşənbə axşamı Bakıda Naxçıvani və Muxtarov küçələrinin kəsişməsində yerləşən 16 mərtəbəli bina uçub. İlkin məlumatlara əsasən binanın uçmasının səbəbləri tikinti zamanı təhlükəsizlik qaydalarının kobud pozulması olub. Son rəsmi məlumatlara görə, qalıqlar altından çıxarılan həlak olmuş insanların sayı 12-ə çatıb
Naxçivani və Muxtarov küçələrinin kəsişməsində uçmuş 16 mərtəbəli binanın dağıntıları altında qalanların axtarışı üzrə Operativ Qərargaha 9 nəfərin qohumları müraciət edib. Bu müraciət əsasında dağıntılar altında qaldığı ehtimal olunan daha 9 şəxsin kimliyi müəyyənləşib.
Məmmədov Surəddin Nurəddin oğlu
Huseynov Rafiq Nemət oğlu
Əsgərov Valeh Telman oğlu
Amanov Qadir Qərib oğlu
Hüseynov Xalild Ağası oğlu
Cəfərov Akif Cəfər oğlu
Sadığov İlham Sultan oğlu
Aslanov Cəmil Tamil oğlu
Ələkbərov Vüsal Sabir oğlu
Dağıntılar altından çıxarılan cəsədələr tanınmaz vəziyyətdə olduğundan onların şəxsiyyətini müəyyən etmək çətindir. Fövqəladə Hallar Nazirliyi ilə Bakının icra hakimiyyəti "Mütəfəkkir" şirkəti tərəfindən inşa edilən üç binada yoxlamalara başlayıblar.
İcra hakimiyyətinin nümayəndəsinin sözlərinə görə, yoxlanılacaq binalar "Mütəfəkkir" şirkəti tərəfindən Naxçıvani və Muxtarov küçələrinin kəsişməsində, uçan binanın yaxınlığında yerləşir.
Eyni zamanda yaxınlıqda "Afina" MTK şirkəti tərəfində inşa etdirilən binaların yoxlanılması həyata keçirilir.
.