...

Azərbaycan cüdoçuları Hollandiyada təlim məşqlərinə başlayırlar

Cəmiyyət Materials 1 Oktyabr 2007 16:03 (UTC +04:00)

Azərbaycan, Bakı / Trend müxbir Z.Səfərov/ Cüdo üzrə Azərbaycan yığması Rotterdamda təlim-məşq toplantılarına başlayır.

Trend xəbər verir ki, Hollandiyadkı dünya Superkuboku başa çatdıqdan dərhal sonra komanda digər komandalarla birgə təlim-məşqləri keçirmək üçün "zanbaqlar ölkəsi"ndə qalıb. Onların arasında Bakıda 13 oktyabrda start götürəcək dünya kubokuna hazırlaşan Rusiya, Gürcüstan, Yunanıstan, Fransa, Almaniya və bir sıra digər ölkələrin yığmaları var.

Komanda özünün fiziki hazırlığını gücləndirmək üçün 3 gün ərzində intensiv hazırlıq prosesi keçirəcək. Bununla yanaşı, dünya superkubokunda bürünc mükafat uğrunda mübarizədə zədə alan ağırçəkili idmançı Müvlud Mirəliyevin (100 kq) məşqlərdə iştirak etməyəcəyi güman olunur.

Xəbər lenti

Xəbər lenti