...

Dünya Bankı Azərbaycan təhsilinin inkişafı üçün güzəştli kredit ayıra bilər

Cəmiyyət Materials 2 Oktyabr 2007 13:04 (UTC +04:00)

Azərbaycan, Bakı / Trend müxbir S.İlhamqızı/ Gələn il Dünya Bankı Azərbaycan təhsilinin inkişafına yardım üçün güzəştli kredit ayıra bilər. Trend in məlumatına görə, bu barədə bazar ertəsi Azərbaycanın təhsil naziri Misir Mərdanov jurnalistlərə açıqlama verib.

Nazir bildirib ki, Azərbaycan hökuməti Dünya Bankının köməyi ilə dünyada tanınmış mütəxəssisləri dəvət edib onların tövsiyəsi ilə iş qurmağa çalışır. Bunun üçün artıq ilk mərhələyə başlanılıb: "Təhsil sahəsinə yardımın strategiyası müəyyənləşdirildikdən sonra proqram hazırlanıb Azərbaycan hökumətinə təqdim olunacaq. Bundan sonra Azərbaycan hökuməti ilə Dünya Bankı arasında təhsilə ayrılacaq kreditin həcmi müəyyənləşdiriləcək"-deyə nazir bildirib.

Mərdanov əlavə edib ki, Azərbaycanın son 8 ildə təhsil sahəsində apardığı islahatlara Dünya Bankı 22 milyon dollar vəsait ayırıb. Nazirin fikrincə, bu, Azərbaycan üçün çox az rəqəmdir. Onun sözlərinə görə, təkcə 21 qəzalı məktəbin əsaslı təmiri və yenidən qurulması üçün Azərbaycan prezidenti öz fondundan 14 milyon dollar vəsait ayırıb.

Xəbər lenti

Xəbər lenti