...

Azərbaycanın ekologiya naziri: "Sumqayıtın dünyanın ən çirkli şəhərlər siyahısına salınması əsassızdır"

Cəmiyyət Materials 4 Oktyabr 2007 11:06 (UTC +04:00)
Azərbaycanın ekologiya naziri: "Sumqayıtın dünyanın ən çirkli şəhərlər siyahısına salınması əsassızdır"

Azərbaycan, Bakı/ Trend E.Hüseynli/ Sumqayıtın dünyanın ən çirkli 10 şəhəri siyahısına salınmasının heç bir əsası yoxdur, cümə axşamı Bakıda "Xəzər dənizinin davamlı inkişafı üçün strategiya" mövzusunda keçirilən beynəlxalq konfransda çıxış edən Azərbaycanın ekologiya və təbii sərvətlər naziri Hüseynqulu Bağırov bildirib. Onun sözlərinə görə, Blacksmeath Institute təşkilatı heç bir monitorinq aparmadan Sumqayıtın ekoloji vəziyyətinə dair hesabat hazırlayıb.

"Araşdırmalar zamanı məlum olub ki, institutun hesabatdakı mətni sözbəsöz "International Azerbaijan" jurnalının 1994-cü ildə çap olunan məqaləsindən götürülüb" - Bağırov deyib.

İnstitut sentyabrın əvvəllərində hazırladığı illik hesabatda Sumqayıtı dünyanın ən çirkli 10 şəhəri siyahısına salıb.

Nazir bildirib ki, Sumqayıtın ekoloji vəziyyətinin yaxşılaşdırılması üçün Azərbaycan hökuməti ilə Dünya Bankı birgə layihələr həyata keçirir. Bu layihələr çərçivəsində torpağın civə tullantılarından təmizlənməsi planı da var. Bağırovun sözlərinə görə, hesabatdakı Sumqayıtın ekoloji vəziyyətinə dair çəkilən şəkillər 1988-ci ilə aiddir.

Xəbər lenti

Xəbər lenti