...

Rio-de-Janeyronun 2016-cı il oyunlarından imtina etməsinin mümkünlüyünü düzgün hesab etmirəm -- Azərbaycan MOK-nin vitse-prezidenti:

Cəmiyyət Materials 10 Noyabr 2007 15:23 (UTC +04:00)

Azərbaycan, Bakı/ Trend , müxbir Z.Səfərov/ "Rio-de-Janeyronun , 2014-cü il futbol çempionatının təşkilinə görə, 2016-cı il Olimpiadası uğrunda mübarizədən imtina etməsinin mümkünlüyünü düzgün hesab etmirəm". Bu haqda Trend -ə Azərbaycan Milli Olimpiya Komitəsinin vitse-prezidenti Çingiz Hüseynzadə bildirib.

O etiraf edib ki, əgər Rio 2016-cı il Oyunları uğrunda mübarizədən imtina etsə, bu, tamamilə başqa səbəbdən ola bilər. "Meksikanın 68-ci il Oyunlarını, iki il sonra isə, futbol mundialını keçirməsini xatırlayın. Və yaxud Olimpiada -72 oyunlarını keçirən Münheni götürək. Bundan sonra o, futbol üzrə Dünya çempionatı keçirib. Bu cür misallar çoxdur və təcrübə göstərir ki, bir mühüm yarışma keçirən ölkə üçün digər bir yarışma keçirmək daha asan olur, çünki o, buna artıq hazırdır. Məsələn, Afinada Olimpiada keçiriləndən sonra, Yunanıstana bu və ya digər mühüm oyunların keçirilməsini etibar ediblər. Braziliyaya gəldikdə isə, mən təhlükəsizliyi mühüm məsələ hesab edirəm. Ola bilsin ki, bu nöqteyi - nəzərdən, bu ölkə üçün ardıcıl olaraq iki yarışma keçirmək, həqiqətən, çətindir", - Hüseynzadə bildirib.

Xəbər lenti

Xəbər lenti