...

Nəsib Əhmədov layiqli davamçıdır -Azərbaycanın tanınmış şoumeni Kamran Həsənli

Cəmiyyət Materials 21 Noyabr 2007 13:26 (UTC +04:00)

Azərbaycan, Bakı, 21 noyabr/müx. TrendLife Şahin Cavadsoy/

Müğənnilər arasında adət edilən "mənəm-mənəmlik" iddiası yavaş-yavaş digər şou-sakinlərini də virus kimi yoluxdurur. Xüsusilə birincilik sevdası özünü aparıcılar, şoumenlər arasında daha çox biruzə verir. Söhbət Kamran Həsənli və hələ də öyrənmək eşqi ilə yaşayan Nəsib Əhmədovdan ( Nəsib Nur) gedir. Qeyd edək ki, hər iki şoumen aralarında dostluq tellərinin olduğunu iddia etsələr də, tamaşaçılar başqa fikirdədirlər. Gəzən söz-söhbətlərə görə, guya Kamran Həsənli hələ əməkdar artist Brilliant Dadaşovanın musiqili layihəsi olmuş "Akademiya" zamanı Nəsibi bir şoumen kimi tanımayıb, qəbul etməyib. Ona görə də bu gün də onu özünə rəqib bilmir. Bir neçə vaxt bundan öncə TrendLife-a verdiyi açıqlamasında Nəsb birmənalı olaraq vurğulamışdı ki, yayılan söz-söhbətlərində həqiqət yoxdur: "Mən uşaq olanda Kamran Həsənli artıq öz sözünü demiş şoumenlərdən idi. Ondan çox öyrənmişəm. Amma indi biz tamam başqa-başqa sahələrdə öz şoularımızı təqdim edirik. Qalmaqal kimə lazımdır ki? Kamranı həm də özümə böyük qardaş bilirəm".

Nəsib Nurun bu açıqlamasına Kamran Həsənli də normal münasibət bildirdi: "Nəsib,çox gözəl istedada malik bir insandır. O, dəfələrlə mənə deyib ki, həmişə öyrənməyə can atır. Öyrənmək isə əsla gec deyil. Bir də, kim anasının qarnından Molla Pənah kimi doğulur? Bəli, Nəsib Əhmədov layiqli davamçıdır. Bu isə məni sevindirir".

Xəbər lenti

Xəbər lenti