...

Nura Suri ilə "Qızıl duet"dən öz istəyimizlə ayrıldıq - təşkilatçı Cenk İçten

Cəmiyyət Materials 27 Noyabr 2007 12:16 (UTC +04:00)

Azərbaycan, Bakı, 27 noyabr/müx. TrendLife Şahin Cavadsoy/

"Lider TV"də yayımlanan "Qızıl duet" yarışmasının daha bir həftəsi arxada qaldı. Tamaşaçıların böyük maraqla izləyib, səs verdikləri bu müsabiqədə bir sıra dəyişikliklər baş verib. Xatırladaq ki, "Qızıl duet"in ilk efir günündə tamaşaçılar bu şounu iki tanınmış teleaparıcı - Emin Əfəndi və "Space Bazar" verilişinin siması olan Turalın təqdimatında izləyirdilər. Yarışmanın gedişatında isə hər kəs Emininin aparıcılıq etdiyinə şahidlik etdilər. Lakin son canlı yayımda Emin Əfəndinin də görünməməsi bəzilərini narahat etdi. Layihəni "Crea production" la bərabər hazırlayan "Arı" prodüser mərkəzinin rəhbəri Ramiz Hüseynzadə TrendLife- a verdiyi açıqlamasında, bütün olanlara belə şərh verməyə çalışdı: "Yox, deməzdim ki, aramızda dava-dalaş olub. Onsuz da hamı yaxşı bilir ki, Emin öz işinin peşəkarıdır və yaradıcı insandır. Ən əsası, bizim qardaşımızdır. Sadəcə, yeni layihə hazırladığı üçün "Qızıl duet" dən özü uzaqlaşıb".

Həftənin birincisi isə yenə də yüksək səs faizi ilə meyxanaçı Elşən Xəzərlə müğənni Günel Məhərrəmova olsalar da, "Qızıl duet"də vida nəğməsi söyləmək müğənni Nura Surinin və "Azəri Star production"ın rəhbəri Kemal Cenk İçtenin payına düşdü. Gün ərzində Nura xanımla dəfələrlə əlaqə saxlasaq da, onunla heç cür danışa bilmədik. Duet ortağından fərqli olaraq, Cenk bəy danışdı: "Öz isətyimizlə bu müsabiqdən ayrılmışıq. Hər şey normaldır. Nə SMS baxımından məğlub olduq, nə də tamaşaçı sevgisindən. Bütün tamaşaçılar deyirdilər ki, müsabiqədə iki fərqli sima varsa, onlar da sizlərsiz".

Yarışmanı davam etdirən digər duet ortaqları: Xatirə İslam-Nazim Y.Məmmədov; Vəfa Zeynalova - "Şeron qrupu"; Coşqun Viləş-Könül, Xəyyam Nisanov-Göyçək Fatimə birincilik uğrunda hələ mübarizələrinə davam etdirəcəklərinə söz verdilər. Haşiyəyə çıxıb vurğulamaq istərdik ki, müsabiqənin yeganə münsifi bəstəkar Vüqar Camalzadədir və o, bu vəzifəsinin öhdəsindən layiqincə gəlir. Amma bütün yarışmalardan hazırlanan xəbərlərimizin sonunda xüsusi olaraq bildiririk ki, belə formatlı müsabiqələrdə əsas vəzifə məhz siz tamaşaçıların öhdəsinə düşür. Yəni, sevdiyiniz iştirakçıları bolluca SMS göndərməkdə dəstəkləiyn. Çünki onların birinci və ya sonuncu olması göndərilən səslərin az və ya çox olmasından asılıdır.

Xəbər lenti

Xəbər lenti