...

Müğənni Almaz Ələsgərli: "Etiraf edirəm ki, sevdiyim şəxs var"

Cəmiyyət Materials 28 Noyabr 2007 11:45 (UTC +04:00)

Azərbaycan, Bakı, 28 noyabr /müx. Cavid Osmanov/

Əməkdar artist Almaz Ələsgərli tezliklə yeni mahnıları ilə pərəstişkarlarını sevindirəcək. Görünür ölkə prezidenti İlham Əliyevin müğənniyə əməkdar artist adı verməsi onu daha da ruhlandırıb. TrendLife müğənnidən bir müddət səhnədən hansı səbəbdən uzaqlaşmasını öyrənməyə çalışıb.

-Mənim haqqımda çox şayiə gəzirdi. Bildirmək istəyirəm ki, səhnədən yalnız səhhətimlə əlaqədar uzaqlaşmışdım.

-Siz hansı şayiələri nəzərdə tutursunuz?

-Bəziləri elə hesab edirdi ki, sənəti şəxsi həyatıma görə atmışdım. Guya, sevdiyim şəxs məni oxumağa qoymadığı üçün səhnədə görünmürdüm. Etiraf edim ki, sevdiyim şəxs var, lakin o, mənim yaradıcılığıma çox hörmətlə yanaşır. Sadəcə həkimlər oxumağa icazə vermirdilər. İndi isə böyük məmnuniyyətlə oxuyacam.

-Yaradıcılığınızla bağlı hansı yeniliklər var?

- Hazırda yeni mahnılar üzərində işləyirəm. Bu yaxınlarda siz özünüz hər şeyin şahidi olacaqsınız.

Xəbər lenti

Xəbər lenti