...

Gələn ilin yazında Azərbaycanın Seçki Məcəlləsinə dəyişikliklərin edilməsi gözlənilir – Prezident Aparatının rəhbəri (video)

Cəmiyyət Materials 10 Dekabr 2007 12:07 (UTC +04:00)
Gələn ilin yazında Azərbaycanın Seçki Məcəlləsinə dəyişikliklərin edilməsi gözlənilir – Prezident Aparatının rəhbəri (video)

Azərbaycan, Bakı / Trend müxbir S.Ağayeva/ Gələn ilin yazında Azərbaycanın Seçki Məcəlləsinə dəyişikliklərin edilməsi gözlənilir. Bu barədə bazar ertəsi jurnalistlərə Azərbaycan Prezidenti İcra Aparatının rəhbəri Ramiz Mehdiyev məlumat verib.

"Azərbaycan hökuməti Avropa Şurası ilə bu məsələyə dair müzakirələri davam etdirir, biz Məcəlləyə müəyyən texniki dəyişikliklərin edilməsini düşünürük" - deyə Mehdiyev bildirib.

Avropa Şurası Azərbaycanın hakim dairələrinə 2008-ci il prezident seçkiləri öncəsi ölkənin Seçki Məcəlləsinə əhəmiyyətli dəyişikliklər edilməsini tövsiyə edib. Hazırda Azərbaycanın Seçki Məcəlləsinə dəyişikliklərin aparılma mümkünlüyü ölkə hökuməti ilə Avropa Şurasının Venesiya Komissiyasıı arasında müzakirə olunur. Rəsmi Bakı Seçki Məcəlləsinin maddələrinə "texniki dəyişikliklər"in edilməsi barədə bildirir.

Mehdiyevin sözlərinə görə, hakimiyyət Avropa Şurasının tövsiyələrinə yenidən baxmağa, həmçinin demokratik və azad seçkilər keçirməyə hazırdır.

Xəbər lenti

Xəbər lenti