...

Müğənni İlqar Xəyal "8-104"də tamaşaçıları satqın adlandırdı

Cəmiyyət Materials 10 Dekabr 2007 18:36 (UTC +04:00)

Azərbaycan, Bakı, 10 dekabr /müx. TrendLife Fəridə Məhərrəmqızı/

Bu gün "Space" telekanalında yayımlanan "8-104" verilişinin qonağı tanınmış estrada müğənnisi İlqar Xəyal oldu. Bir vaxtlar məşhur "Karvan" qrupunun üzvü, daha sonra solo ifaçı kimi populyar mahnıları ilə Azərbaycan tamaşaçısının zövqünü oxşayan İ.Xəyalın bu günkü hərəkəti "8-104"ün izləyicilərini təəccüləndirməyə bilməzdi. Özünəməxsus imicə və geyim tərzinə malik olan müğənni bütün tamaşaçıları satqın adlandarıdı.Xəyalın gözlənilməz ittihamı "8-104"ün aparıcısı Nəsib Nuru da təəcübləndirdi və o, bunun səbəbini soruşmalı oldu.

"Çünki indiki tamaşaçılar ancaq şou-biznesə təzə gələnləri sevib tərifləyirlər. Şəxsən mən vaxtilə Stiv Vanderi necə sevmişəmsə, elə də sevməkdə davam edirəm"-.Xəyal bildirdi. Nəsib Nur isə, müğənniyə yeniliklər etməyi, daim öz üzərində işləməyi məsləhət gördü. Aparıcı "məhz belə olan halda, tamaşaçılar müğənnini sevir, hörmət edir"-deyə,müğənninin diqqətinə çatdırdı. Yaradıcılığından bəhs edən müğənni tezliklə yeniliklər olacağını söylədi: "Hələki, Yeni il şənliyi üçün çəklişlərdəyəm. Ona görə bir az vaxt azlığı var. Bununla belə, yeni mahnılar üzərində işləyirəm, klip çəklişlərinə hazırlaşıram. Amma hansı mahnıya klip çəkdirəcəyimi hələ deməyəcəm".

"8-104" verilişinin sabahkı qonağı Almaz Ələsgərova olacaq.

Xəbər lenti

Xəbər lenti