...

Müğənni Almaz Ələsgərova "8-104" ün aparıcısının adını bilmir

Cəmiyyət Materials 11 Dekabr 2007 19:41 (UTC +04:00)

Azərbaycan, Bakı, 11 dekabr /müx. TrendLife Fəridə Məhərrəmqızı/

"Space" telekanalının "8-104" verilişində bu günkü qonaq müğənni Almaz Ələsgərova idi.

Təqdimata ehtiyacı olmayan Ələsgərova verilişin əvvəlində pərəstişkarlarının mahnı payını səsləndirdi. Həmişəki kimi şən görünən müğəninin gah tamaşaçılara, gah da aparıcı Nəsib Nura ünvanladığı zarafatlar verilişi daha da canlandırırdı. Diqqətdən yayınmayan məqamlardan biri Ələsgərovanın Nəsib Nuru tez-tez "Nəsir" adlandırması oldu. Müğənnini səhvindən inciməyən aparıcı ona belə düzəliş verdi: "Nədənsə, bəzi müğənnilər məni Nəsir çağırırlar. Mən Nəsibəm. Lakin sizə, Almaz xanım, etibarnamə verdim, mənə Nəsir deyə bilərsiniz".

Gələcək planlarından danışarkən Ələsgərova işlərinin çox yaxşı getdiyini vurğuladı: "Yeni mahnılar üzərində işləyirəm, disk buraxdırmağa hazırlaşıram. Yeni il şənliklərinə çəklişlər gedir. Başım hazırda çəklişlərə qarışıb. Yeni il bayramından sonra isə,klip çəklişlərinə başlayacağam".

Beləcə, xoş notlar üzərində yekunlaşan bu günkü "8-104" arxada qaldı.

Xəbər lenti

Xəbər lenti